Fərqlənməyə görə bu il 10-dan artıq Marneulili şagirdə kompüter verilib
22 nəfər Marneulili şagirdə baza pilləsini fərqləndirmə ilə bitirdiyinə görə kompiyuterlər təqdim olunub.

Marneuli Resurs Mərkəzinin rəhbəri Kənan Ömərovun sözlərinə görə, 9-cu sinifi fərqləndirmə ilə başa vuran şagirdlərə kompiyuterlər təqdim olunub.

Ömərovun sözlərinə görə, ötən il, Marneulidən olan 12 nəfər şagirdə kompiyuter verilib. Qeyd edilməlidir ki, 22 oktyabrda Kvemo Kartli miqyasında baza təhsil kursunun yüksək qiymətləndirmə ilə bitirilməsinə görə, 287 şagirdə kompiyuter təqdim edilib. Fərqlənən şagirdlərə kompiyuterlər “Mənim ilk kompiyuterim” layihəsi çərçivəsində təqdim olunub. Layihə Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi şagirdləri həvəsləndirmək və informasiya-kommunikasiya texnologiyalarına əsaslanan tədris metodlarının gücləndirilməsidir.

Əsas şəkil Kvemo Kartli Bölgəsinin Facebook səhifəsindən götürülüb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər