"Bizim rəngarəngliyimiz bizim zənginliyimizdir" mövzusunda fotomüsabiqə

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri aparatı beynəlxalq tolerantlıq həftəsi ilə bağlı “bizim rəngarəngliyimiz bizim zənginliyimizdir” mövzusunda foto müsabiqə elan edib.



Müsabiqəyə təqdim olunan foto Gürcüstanda yaşayan müxtəlif etnik, dini qrupların birgə yaşamını, gündəlik həyat tərzini və ənənələrini əks etdirməlidir.

Arzu edən hər kəs müsabiqədə iştirak edə bilər. Müsabiqə üçün foto fotokamera, həmçinin, mobil telefonla çəkilə bilər. Ağ-qara və rəngli fotolar qəbul olunacaq. Foto aşağıdakı meyarlara uyğun olmalıdır:

•Fotonun minimal ölçüsü 1920X1080 olmalıdır;
•Fotolar JPEG və PNG formatda qəbul olunacaq;
•Fotonun müəllif hüquqları müəllifə aid olmalıdır.


Qaydalara əsasən hər bir iştirakçı 3 foto təqdim edə bilər. Müsabiqə üçün materiallar 1 noyabrdan 13 noyabra qədər qəbul olunacaq. Fotoları qeyd olunan ünvana göndərə bilərsiniz: CLOAKING .

Göndərilən zaman “subject”-də foto müsabiqəsinin mövzusunu qeyd edin. Həmçinin, fotonun müəllifinin ad və soyadı, əlaqə nömrəsi qeyd olunmalıdır.

Xüsusi seçilmiş jüri 13 qalib fotonu seçəcək və simvolik mükafatlar 22 noyabrda, beynəlxalq tolerantlıq gününə həsr edilmiş təntənəli tədbirdə qaliblərə təqdim olunacaq. Həmin tədbirdə 13 qalibin işləri sərgilənəcək. Qeyd olunan fotolar 2020-ci ilin masa təqvimində çap olunacaq.

Müsabiqə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən dəstəklənir və Gürcüstanda BMT Assosiasiyasının (UNAG) tolerantlıq, vətəndaş maarifləndirilməsinə və inteqrasiyaya dəstək proqramı (PİTA) tərəfindən maliyyələşdirilir.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər