Marneuli meri sakinlərə Rustaveli küçəsindəki işıqlandırmanın tamamilə yenilənəcəyini vəd etdi

Marneuli meri, Bələdiyyə Məclisinin sədr müavini və Bələdiyyə Məclisinin üzvləri bu gün, 6 noyabr tarixində Marneulinin mərkəzi stadionunun qarşısında sakinlərlə görüşüb.



“Marneuli” radiosu ilə söhbəti zamanı mer Zaur Darğallı bildirdi ki, sakinlər daxili yollar, küçə işıqları, dayanacaqlar və istirahət məkanları kimi problemləri səsləndiriblər.

“Bu istiqamətdə artıq işlər aparılır, mərkəzi küçədə işıqlandırma tamamilə yenilənəcək, yeni dayanacaqlar olacaq, işıqfor dəyişdiriləcək, meydançaların bərpası ilə bağlı müsabiqə elan olunacaq və şəhərdə mövcud olan problemlərin həlli üçün əlimizdən gələni edəcəyik”, - Zaur Darğallı bildirdi.

Marneuli meri ilə görüşə gələnlərin bir qismi sahibsiz itlər barədə də söhbət açdılar. Sakinlərin bildirdiyinə görə, itlər dəstə ilə küçələrdə dolanırlar, bu isə sakinlər üçün təhlükə yaradır.

Marneuli meriyasının nümayəndələri sakinlərlə “Açıq görüşlər” layihəsi çərçivəsində görüşlər keçirirlər. Bu layihənin məqsədi sakinlərin ehtiyacları ilə tanış olmaq və həmin ehtiyacları 2020-ci ilin büdcəsində nəzərə almaqdır.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər