“Bütün tövsiyələr mütləq nəzərə alınacaq”, – Marneuli meri Dövlət Audit Xidmətinin hesabatı barədə

“Aldığımız bütün tövsiyələr mütləq nəzərə alınacaq. Biz artıq bunun üzərində çalışmalara başlamışıq və həll olunası məsələlər mütləq həll ediləcək”, – Marneuli meri Zaur Darğallı “Marneuli” radiosuna Dövlət Audit Xidmətinin hesabını şərh edib.



Marneuli bələdiyyəsinin 2017-2018-ci il büdcəsində nəzərdə tutulan proqramların uyğunsuzluğu ilə bağlı Audit hesabatına əsasən Marneuli meriyası 2017-2018-ci illərdə səmərəsiz şəkildə istifadə ediblər.

“Marneuli bələdiyyəsi qeyri-maliyyə aktivlərinin artırılması maddəsini müvafiq şəkildə planlaşdıra və həyata keçirə bilməyib. Buna görə də, infrastruktur layihələr qismində müəyyən olunmuş məhsullar sakinlərə müəyyən olunmuş vaxt ərzində çatdırıla bilmir. Bu isə bələdiyyənin cavabdeh şəxsləri tərəfindən səmərəsiz qərarların verildiyini göstərir”, – Auditin hesabatında qeyd olunub.

Meriya tərəfindən birbaşa sərəncamla icarəyə verilmiş obyektlər də Auditin hesabatında özünə yer tapıb. 2019-cu il 1 yanvar tarixinə olan məlumata görə, bələdiyyə ümumilikdə icarəyə 29 obyekt verib ki, bunlardan da cəmi ikisi hərrac yolu ilə icarəyə verilib. Hesabatda qeyd olunduğuna görə, cavabdeh şəxslər nə üçün birbaşa sərəncam formasına üstünlük verdiklərini əsaslandıra bilməyiblər.

Hesabatda, həmçinin, merin nümayəndələri tərəfindən yanacağın məqsədyönlü şəkildə sərf olunmadığı, tenderlərin vaxtında tamamlanmadığı, icarəyə götürülmüş obyektlərə külli miqdarda pul ödənməsi və s. də qeyd olunub.

Marneuli meri bizimlə söhbəti zamanı qeyd etdi ki, müəyyən məmurları məsuliyyətə cəlb olunması məsələsi istintaq orqanlarının səlahiyyətindədir.

“Pul yeyintisi və s. Bu merin səlahiyyətində deyil, Bununla müvafiq orqanlar məşğul olur, istintaq davam edir və nəticələri gözləməliyik”, – Zaur Darğallı deyir.

Qeyd edək ki, Prokurorluq Dövlət Audit Xidmətinin Marneuli Bələdiyyəsinin 2017-2018-ci il büdcəsi ilə nəzərdə tutulmuş proqramların uyğunsuzluğu ilə bağlı hesabatı əsasında Cinayət Məcəlləsinin 332-ci maddəsinn 2-ci hissəsi ilə istintaqa başlayıb. Həmin maddə vəzifədən sui-istifadəni nəzərdə tutur.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər