Meriyanın mülkiyyətində olan əmlakdan səlahiyyəti olmayan şəxslər icazəsiz istifadə edir
Marneuli bələdiyyəsinin mülkiyyətində istifadə olunmayan əmlak var. Dövlət Audit Xidməti qeyd olunan əmlakla maraqlanıb. Məsələni araşdırması nəticəsində məlum olub ki, bələdiyyədə istifadə olunmayan əmlakın bir hissəsi səlahiyyəti çatmayan şəxslər tərəfindən kommersiya işləri üçün istifadə olunur. Məsələn; Marneuli bələdiyyəsinin icra hakimiyyətinin tələbi ilə icarəyə vermək məqsədi ilə 2017-ci ilin 13 noyabrında Marneuli bələdiyyəsinə əlavə əmlak olaraq dövlət tərəfindən Ağmaşenebeli küçəsində (bazar ərazisi) yerləşən 30 kv.m torpaq sahəsi verilib.

Qeyd olunan sahədə ticarət obyektləri (mağaza) yerləşir. Sahənin bələdiyyə əmlakı olaraq qeydiyyat olunmasından 17 ay keçməsinə baxmayaraq obyektin istifadəyə verilməsi hüquqi baxımdan qaydasına salınmayıb. Nəticədə məkandan istifadə edən şəxs icarə pulu ödəmir və bələdiyyə gəlir əldə etmir. Araşdırma nəticəsindı aydın olub ki, obyektdən istifadə edən bələdiyyə ilə əlaqəsi olan şəxsdir.


Həmin ərazidə olan 39 kv.m və 4 kv.m ərazi də bələdiyyənin əmlakıdır və həmçinin, kommersiya işləri üçün səlahiyyəti çatmayan şəxs tərəfindən istifadə olunur.


Qeyd edilməlidir ki, Marneuli şəhərinin bazar ərazisindəki bazar qiymətlərini nəzərə almaqla qeyd olunan sahənin icarə qaydası ilə verilməsi halında bələdiyyənin büdcəsinə illik təqribən 16.0 min lari gəlir gələcəkdi – Auditin hesabatında yazılıb.

Marneulid, Ağmaşenebeli küçəsində, təsərrüfat bazarının ətraf ərazisində bələdiyyənin əmlakı olaraq qeydiyyatdan keçmiş 1830 kv.m 17,576 kv.m 18 və 162 kv.m 19 sahələr icazəsiz şəkildə pullu avtomobil dayanacağı kimi istifadə olunur. Nəticədə, sahənin istifadəçisi icarə haqqı ödəmir və bələdiyyə gəlir əldə etmir.



Qeyd olunan ərazi ətrafında, bələdiyyə tərəfindən 20,1 kv.m sahə icarə qaydası ilə, birbaşa istifadəyə verilib və illik dəyəri 16 min laridir, sahədən həmçinin, pullu avtomobil dayanacağı kimi istifadə olunur. Qeyd edilməlidir ki, istifadəyə verilməyən ərazinin icarəsindən 16 lariyə verdiyi halda bələdiyyə illik 41.0 min lari, bazar qiyməti ilə verdiyi halda isə olduqca daha çox məbləğ əldə edəcəkdi.

Marneulidə, Rustaveli küçəsində, şəhərin mərkəzi hissəsində 555 kv.m kənd təsərrüfatı üçün uyğun olmayan torpaq sahəsi fərdi şəxs tərəfindən icazəsiz hasarlanıb və kommersiya işi üçün istifadə olunur.



Eləcə də məlum olub ki, Sadaxlı kəndində, bələdiyyənin əmlakında olan Mədəniyyət Evinin binasında və həyətində (i/k 83.16.13.017), icazəsiz olaraq qida obyekti tikilib (“çayxana), həmin kənddə yerləşən başqa binada isə (i/k 83.16.07.518), icazəsiz olaraq gözəllik salonu fəaliyyət göstərir.



Ağməmmədli kəndinin Mədəniyyət Evində də “çayxana” yerləşir.

Xocorni kəndində, bələdiyyənin əmlakına daxil olan binalardan birində ticarət obyekti (qarışıq mallar mağazası) qurulub.

Marneuli bələdiyyəsi müvafiq sənədləşdirmədən kənar, birbaşa istifadə qaydası ilə bazar qiymətindən aşağı dəyərə müxtəlif obyektləri icarəyə verib. Eləcə də bələdiyyənin əmlakının bir hissəsindən, səlahiyyəti çatmayan şəxslər tərəfindən kommersiya işi üçün istifadə olunur. Beləliklə, icarəçilərin bir hissəsi uzun müddət ərzində icarə haqqını ödəməyib. Nəticədə bələdiyyə tərəfindən əmlakın istifadəyə verilməsi səmərəsiz şəkildə həyata keçirilir – Auditin hesabatında yazılıb.

Qeyd edilməlidir ki, Marneuli bələdiyyəsinin vaxtında bələdiyyə əmlakının səlahiyyətsiz şəxslər tərəfindən özbaşına istifadə olunması faktlarını müəyyən edəcək və müvafiq ölüçlər götürəcək nəzarət mexanizmləri yoxdur.

İstifadə olunan şəkillər Audit xidmətinin hesabat sənətindən götürülüb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər