Marneulinin 15 kəndinin içməli su nümunələri laboratoriyada yoxlanılacaq

“Marneuli Kənd Suları” (“Soptskali”) içməli su nümunələrini Natadze adına Araşdırmalar İnstitutuna göndərib.

“Marneuli Kənd Suları”-nın direktor müavini Aleko Mamukaşvili bizimlə söhbəti zamanı bildirdi ki, içməli suyun laboratoriya analizi hər ay keçirilir. Bu mərhələdə 15 kənddən içməli su nümunələrini analiz üçün göndərilib.

“Əgər vəziyyət yaxşı olmazsa, dərhal Araşdırmalar İnstitutuna bildiririk və gəlib nümunələr götürürlər. Əgər suda problem aşkarlanarsa, problemin harada olduğunu araşdırırıq, nasazlığı aradan qaldırırıq və sonra yenə gəlirlər və yeni nümunələr götürürlər”, – Aleko Mamukaşvili deyir.

“Marneuli Kənd Suları”-nın nümayəndəsi deyir ki, Marneuli sakinlərinə verilən içməli su sistemli şəkildə yoxlanılır. Buna baxmayaraq, Marneuli bələdiyyəsinin bir neçə kəndində2019-cu ilin aprel ayında həyata keçirilmiş laboratoriya yoxlaması nəticəsində suyun çirkləndiyi aydın oldu.

Marneuli bələdiyyəsinin 2017-2018-ci il büdcəsində nəzərdə tutulmuş proqramların uyğunsuzluğu ilə bağlı Audit hesabatında qeyd edilib ki, İmir kəndində xlorun miqdarının yolveriləndən 2.2 dəfə artıq olduğu qeydə alınıb.

“Xixan, Hallavar, Bəylər kəndlərində içməli suyun mikrobioloji çirklənməsi qeydə alınıb. Qeyd olunan kəndlərdə su yalnız təmizləndikdən sonra istifadə edilə bilər”, – Auditin hesabatında yazılıb.

Auditin araşdırma apardığı zaman cavabdeh şəxslər bildiriblər ki, qeyd olunan problemlərartıq həll olunub, lakin təkrar laboratoriya analizini təsdiq edən heç bir sənəd təqdim etməyiblər.

Milli Ərzaq Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna bidliriblər ki, agentlik son 6 ay ərzində İmir, Xixani, Hallavar və Bəylər kəndlərinin suyunu yoxlamayıb.

“Əgər hər hansı bir şübhəniz varsa, bizim 1501 nömrəli qaynar xəttimizə kənddə içməli suyun çirkli olması ilə bağlı məlumat verə bilərsiniz. Bundan sonramüvafiq reaksiya göstərilir, yəni nümunə götürülür, yoxlanılır və vəziyyətlə bağlı rəsmi şəkildə məlumat verilir”, – Milli Ərzaq Agentliyinin nümayəndəsi Tea Şvelidze bildirdi.

Qafqaz Ekoloji Qeyri Hökümət təşkilatları şəbəkəsi CENN-in layihə koordinatoru Mariko Tsikoridze deyir ki, Xixani kəndində mövcud içməli su problemi ilə bağlı onların da məlumatı var. Digər kəndlərə gəlincə isə, CENN-in məsələni araşdıracağını və Birləşmiş Su Təchizatı idarəsinə müraciət edəcəyini bildirdi.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər