Marneuli meriyası yol nişanları üçün dirəklə bağlı tenderi dəyərini artıraraq yenidən elan edib

Marneuli meriyasının yol nişanlarının bərkidilməsi üçün dəmir dirəklərin alınması ilə bağlı elan etdiyi tender baş tutmayıb və tender yenidən, dəyəri artırılaraq elan edilib.

Meriyanın alqı-satqılar üzrə şöbəsinin rəhbəri Zanda Kvançiani deyir ki, bu dəyişikliyə yetərli olmayan məbləğ səbəb olub.

“Dəyəri artırmağa məcbur olduq ki, namizədlər maraqlansın”, – Zanda Kvançiani deyir.

Meriya yol nişanları ilə bağlı 2 100 lari dəyərində olan ilk tenderi 6 noyabrda elan edib. İştirak etmək istəyən şirkətlər 12 noyabrdan 14 noyabra qədər müraciət edə bilərlər.

Qalib gələn şirkət 20 ədəd dəmir dirəyin (sonrakı xidmətlə: beton tökmə) yerləşdirilməsi ilə bağlı işləri müqavilə bağladıqdan 15 gün müddətində həyata keçirməlidir. Dirəklərin qurulması işləri mərhələli şəkildə, tələblərə uyğun olaraq yerinə yetirilməlidir.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər