23 yaşlı fəhlənin dünyasını dəyişdiyi tikintidə nə baş verib

23 yaşlı fəhlə, Anri Maxaroblidzenin 7 noyabrda dünyasını dəyişdiyi tikintidə nə baş verib? – dövlət müəssisələrinin baş verən hadisə ilə bağlı müxtəlif versiyaları var.

İşlə təmin edən “Qiqero” şirkətinin təsisçisi, Qia Dolidze deyir ki, bizim suallarımıza hələ cavab verməyəcək, çünki müstəntiqin suallarını cavablandırır.

Hadisə Batumidə 26 may və Besik küçələrinin kəsişməsində baş verib. Təcili-tibbi yardım xidməri fəhləni tibbi mərkəzə yerləşdirib, ancaq klinikadan deyirlər ki, o, xəstəxanaya yerləşdirilənə qədər artıq dünyasını dəyişibmiş. Dünyasını dəyişən “Qiqero” şirkətində çalışırmış.

“Bizim məlumatımıza görə, iki fəhlə qaldırıcıya minibmiş və kanat sınıb. Xoşbəxtlikdən fəhlələrdən biri xilas olub. Burada tikinti artıq başa çatıb və təkrar boyama işləri aparılırdı”, - Batumi meriyasının Nəzarət Şöbəsinin rəhbəri İrakli Mokia bildirir. Onun izah etdiyinə görə, qaldırıcının texniki yoxlanılması və aparılan işlərə nəzarət etmək meriyanın öhdəliyi deyil. Bu ev hələ ki, binaya meriyaya təhvil verilməyib.

Əmək müfəttişliyindən bildirirlər ki, bu tikinti obyekti müfəttişlik tərəfindən yoxlanılmayıb.

Qeyd olunan müəssisələrdən başqa tikinti işlərinə nəzarəti müəyyən hallarda İqtisadiyyat Nazirliyinin şöbələrindən biri həyata keçirir. Ancaq burada qeyd ediblər ki, bu kimi hallara nəzarət onların səlahiyyətindən kənardır.

İndiki mərhələdə həmin obyektdə təhlükəsizlik müfəttişinin çalışıb çalışmaması məlum deyil. Qanuna sonda daxil olan dəyişikliklərə əsasən təhlükəsizlik müfəttişinin olması məcburidir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər