Marneuli gənclərini narahat edən əsas problem nəqliyyat problemidir

Bu gün, 12 noyabr tarixində Mülki İştirak və Fəallıq Mərkəzinin və “Marneuli” radiosunun birgə layihəsi olan “Şəffaf büdcə üçün milli azlıqların səmərəli iştirakı” layihəsi çərçivəsində keçirilmiş “Marneuli bələdiyyəsində yaşayan gənclərin ehtiyacları” araşdırmasının hesabatının təqdimatı keçirildi.



Mülki İştirak və Fəallıq Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyev bizimlə söhbəti zamanı bildirdi ki, araşdırma nəticəsində əsasən dörd problem müəyyən olunub.

“Gəncləri narahat edən problemlər əsasən nəqliyyat, vaxtlarını keçirə biləcəkləri yerlərlə bağlıdır. Bu problem daha çox kəndlərdə yaşayan gəncləri narahat edir, belə ki, kəndlərdə gənclərin dərslərdən sonra toplaşa biləcəyi yerlər yoxdur. Araşdırma nəticəsində vurğulanan digər bir problem isə tullantılarla bağlıdır. Bu problem də gənclərin, ümumiyyətlə Marneulinin əsas problemlərindəndir. Gənclər Marneuli meriyası ilə ünsiyyətin kifayət qədər olmamasını da problem kimi vurğulayıblar və qeyd ediblər ki, onların fikirləri, müraciətləri, hər hansı bir məsələ ilə bağlı ərizə ilə müraciət etmələri heç bir nəticə vermir”, – Rəşan Ziyadəliyev deyir.

Araşdırmanın nəticələrinin təqdimatından sonra görüş Marneuli meri Zaur Darğallı ilə müzakirə şəklində davam etdi. Müzakirənin əsas mövzusu Marneuli gənclərinin ehtiyacları və yerli hakimiyyətin 2020-ci il üçün planlaşdırılan layihələrində gənclər istiqaməti idi.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər