Marneuli bələdiyyəsinin özünüidarəetməsi son
10 gün ərzində tullantıların qanunsuz atılması ilə bağlı ona yaxın
cərimə yazıb.
Bu gün, 12 noyabr tarixində gənclərin problemləri ilə bağlı
araşdırmanın təqdimatında Marneuli meri Zaur Darğallı bildirdi ki,
bələdiyyə tullantıların idarəsi ilə bağlı fəal şəkildə çalışır,
“Təmiz Marneuli” MMC-nin gücləndirilməsi də planlaşdırılır və məhz
buna görə Nəzarət Xidməti fəal şəkildə cərimə yazmağa başlayıb.
“Marneuli” radiosuna meriyanın İctimaiyyətlə Əlaqələr Şöbəsindən
bildiriblər ki, təqribən on gündür meriyanın Nəzarət Xidmətinə yeni
funksiya əlavə edilib. Onlar saat 21:00-dan 23:00-a qədər Marneuli
şəhərinin küçələrində növbətçilik edəcəklər ki, tullantıların
qanunsuz atılması faktlarını aşkar etsinlər.
Meriyanın məlumatına görə, indiki mərhələdə ona qədər şəxs iki
kiloqrama qədər məişət tullantısını atıblar və 80 lari dəyərində
məbləğlə cərimələniblər.