Marneulinin majoritar deputatı Ruslan Hacıyev proporsional sistemə keçməyi dəstəkləmir

Marneulinin majoritar deputatı Ruslan Hacıyev proporsional sistemə keçməklə bağlı fikrini dəyişib.



“Marneuli” radiosu ilə söhbəti zamanı Ruslan Hacıyev bildirib ki, əvvəl o, proporsional sistemi dəstəkləyirdi, ancaq indi əhali ilə görüşlərdən sonra fikrini dəyişib.

“İndi mən də yeni layihəyə qarşıaym, ona görə ki, daxildə (Gürcü Arzusunda) bu mövzu müzakirə olunacaq və sabah partiyanın ofisində bununla bağlı iclas keçiriləcək”, - Ruslan Hacıyev dedi.

Ruslan Hcıyev eləcə də izah edir ki, əhali ilə görüşlər zamanı böyük tələb olub ki, majoritar sistem ləğv edilməsin.

“Mənim üçün şəxsi mövqeyim, partiyanın şəxsi mövqeyi, çoxluğun və ya müxalifətin mövqeyi vacib deyil. Mənim üçün bizim seçicilərin və bizim əhalinin mövqeyi vacibdir”,
- Ruslan Hacıyev dedi.

Ruslan Hacıyev bizimlə söhbət zamanı deyir ki, “seçki sisteminin dəyişdirilməsi ilə bağlı Gürcü Arzusu”nun mövqeyi dəyişməzdir və partiya yenidən proporsional sistemi dəstəkləyir. Onun şəxsi mövqeyi fərqlidir.

Gürcüstan hakimiyyəti 20-21 iyun aksiyalarından sonra vəd verib ki, 2020-ci ilin parlament seçkiləri proporsional sistemlə və sıfır maneə ilə keçiriləcək. Buna baxmayaraq 12 noyabrda parlament müzakirəsi zamanı deputatların bir hissəsi məsələni dəstəkləməklə bağlı fikrini dəyişib.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər