“Gürcü Arzusu 2020-ci il Parlament seçkilərini xalqı aldatmaqla qazanmaq istəyir – Əhməd İmamquliyev

“Yalançı hakimiyyət, yalançı cənab Bidzina İvanişvili yalnız Parlament müxalifətini deyil, bütün Gürcüstanı aldatdı”, – “Avropalı Gürcüstan”-ın siyasi şurasının üzvü Əhməd İmamquliyev “Marneuli” radiosu ilə söhbəti zamanı dedi.



O, bizimlə söhbəti zamanı qeyd etdi ki, Gürcüstan sakinlərinin əksəriyyəti proporsional seçki sisteminə keçməyi istəyir, lakin hakim partiya Gürcüstanda demokratik yolu bağlayıb.

“Bidzina İvanişvili necə ki, 2012-ci ildə aldatmaqla hakimiyyətə gəldi, necə ki, artıq yeddi ildir aldadaraq hər şeyi edir, 2020-ci il seçkilərini də aldadaraq qazanmaq istəyir”,
– Əhməd İmamquliyev dedi.

İmamquliyevin sözlərinə görə, 14 noyabr tarixində “Avropalı Gürcüstan”-ın siyasi şurası toplanacaq və sonrakı addımlarının nə olacağı ilə bağlı qərar verəcəklər.

Qeyd edək ki, Gürcüstan Parlamenti proporsional seçki sistemi ilə bağlı qanun layihəsini dəstəkləməyib. Qanun layihəsinin lehinə 101 deputat səs verib. Layihənin qəbul olunması üçün isə ən az 113 səs lazımdır.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər