Marneulinin meri hansı seçki sistemini dəstəklədiyini demir

Marneulinin meri majoritar yaxud proporsional seçki sistemini dəstəklədiyini demir.


Marneulinin meri Zaur Darğallının “Marneuli” radiosu ilə söhbəti zamanı dediyinə görə o, siyasi ekspert deyil və buna görə də majoritar yaxud proporsional sistemin daha yaxşı olduğunu deyə bilməz.

“Bu gün səsvermə olacaq və gözləyək görək parlament hansı qərarı qəbul edəcək, yalnız bunu deyə bilərəm. Hansı daha yaxşıdır elə bununla bağlı müzakirələr aparılır”, - Zaur Darğallı deyir.

Gürcüstan hakimiyyəti 20-21 iyun aksiyalarından sonra vəd verib ki, 2020-ci ilin parlament seçkiləri proporsional sistemlə və sıfır maneə ilə keçiriləcək. Buna baxmayaraq 12 noyabrda parlament müzakirəsi zamanı deputatların bir hissəsi məsələni dəstəkləməklə bağlı fikrini dəyişib.

Proporsional seçki sisteminə keçidlə bağlı fikri dəyişən deputatlardan biri də Marneulinin majoritar deputatı Ruslan Hacıyevdir.

13 noyabrda “Marneuli” radiosu ilə söhbəti zamanı Ruslan Hacıyev bildirib ki, əvvəl o, proporsional sistemi dəstkləsə də indi əhali ilə görüşlərdən sonra fikri dəyişib.

“İndi mən də yeni layihəyə qarşıaym, ona görə ki, daxildə (Gürcü Arzusunda) bu mövzu müzakirə olunacaq və sabah partiyanın ofisində bununla bağlı iclas keçiriləcək”, - Ruslan Hacıyev deyir.

Ruslan Hcıyev eləcə də izah edir ki, əhali ilə görüşlər zamanı böyük tələb olub ki, majoritar sistem ləğv edilməsin.

Marneulinin digər majoritar deputatı Tamaz Naveriani indiyə kimi “Marneuli” radiosunun zənglərinə cavab vermir.

Bu gün, 14 noyabrda Parlamentdə bir daha iclas baş tutacaq və deputatlar 2020-ci ildə proporsional sistemlə seçkilərin keçirilməsini müzakirə edəcəklər.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər