Marneulidə Rustaveli küçəsinin nömrələnməsinə başlanılıb

Bu gün, 14 noyabr tarixində Marneuli meri işçi qrupu ilə birgə Rustaveli küçəsinin adı və nömrələnməsi lövhələrinin montaj edilməsində iştirak edib.

Zaur Darğallının “Marneuli” radiosuna bildirdiyinə görə oxşar işlər gələcəkdə də həyata keçiriləcək.

“Marneulidə böyümüşəm və demək istəyirəm ki, şəhərin ünvanlaşdırılması yadıma gəlmir. Bu tendensiya mütləq davam etməlidir. Biz kəndlərə də daxil olmalıyıq və nömrələməliyik. Əsas odur ki, şəhərin görünüşü olsun və bütün problemlər həll olunacaq”, - Zaur Darğallı deyir.

Marneuli meriyası 2019-cu ilin 11 sentyabrında Marneuli şəhərində küçələrin adlandırılması və nömrələnməsinin qeyd olunduğu lövhələrin (montajla yanaşı) alınması üçün 9 450 larilik tender elan edib. Tenderdə üç namizəd iştirak edib. Meriyaya ən az məbləği (7 359 lari) fərdi sahibkar Tamar Macavariani təklif edib. Meriya onunla müqavilə bağlayıb.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər