Marneulidə yaşayan Jozef Aleksander Smit “Lelo” hərəkatına qoşulub

Marneulidə yaşayan jurnalist və mülki fəal Jozef Aleksander Smit “Lelo” platformasına qoşulub.



Smitin “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdiyinə görə, o, ölkədə həqiqi dəyişikliyə nail olunması üçün “Lelo”ya üzv olub.

“Bu komandada kifayət qədər təcrübə, peşəkarlıq, bilik olduğunu gördüm, bundan başqa mənim üçün layiqli əmək şəraiti, layiqli əməkhaqqı, ekologiya və digər mövzular da çox mühümdür və mən bütün bunları hərəkatın liderlərində gördüm”, – Jozef Aleksander Smit deyir.

“Lelo” vətəndaş hərəkatı 12 sentyabr 2019-cu ildə “TBC Bank”-ın təsisçiləri və keçmiş rəhbərləri Mamuka Xazaradze və Badri Caparidze tərəfindən təsis olunub. “Platformanın təsisçiləri bildirirdilər ki, gələcəkdə siyasi partiya da yaradacaqlar. Radiomuzla söhbəti zamanı Smit bildirdi ki, o, siyasi partiyaya da üzv olmağı düşünür.

Jozef Aleksander Smit Marneuliyə bir neçə ay əvvəl köçüb. Onun sözlərinə görə, şəhərlərarası nəqliyyat probleminə baxmayaraq Marneulidə qalmağı və burada çalışmağı planlaşdırır.

“Mən düşünmürəm ki, bu hərəkat öz işi ilə ancaq bir regiona yönələcək. Aydındır ki, yeni üzvlərin əksəriyyəti Tbilisidə yaşayır. Düşünürəm ki, mən regionda yaşayan yeganə üzvəm, lakin “Lelo”nun hazırda ictimai hərəkat, gələcəkdə isə siyasi partiya olaraq çalışdığı sahələr ölkə üçün mühüm məsələlərdir”,
– Jozef Aleksander Smit deyir.

Smitin sözlərinə görə, “Lelo” üzvlərinin yanaşmaları digər siyasi partiyalardan fərqlənir və onlar Marneuli və digər regionların insanları ilə etnik azərbaycanlı kimi deyil, Gürcüstan vətəndaşı kimi danışmağı düşünürlər.

Mamuka Xazaradze Jozef Aleksander Smit və 11 yeni üzvü bu gün, 15 noyabr tarixində təqdim etdi. Smit Mamuka Xazaradzenin 12 dekabrda təqdim edəcəyi “Lelo” partiyasına da üzv olacaq.


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər