Kaxeti polisi fırıldaqçılıq ittihamı ilə mütəşəkkil cinayətkar qrupun üzvlərini saxlayıb
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin əməkdaşları aparılan istintaq əməliyyat tədbirləri nəticəsində mütəşəkkil cinayətkar qrupun 3 üzvünü həbs edib. 1978-ci il təvəllüdlü, keçmişdə oğurluq və fırıldaqçılığa görə mühakimə edilmiş M.C., 1968-ci il təvəllüdlü D.T. və 1981-ci il təvəllüdlü Z.S. fırıldaqçılıq ittihamı ilə həbs olunub.

Törədilmiş cinayətə görə 7 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq nəticəsində aydın olub ki, müttəhimlər Kaxeti regionunda yerləşən şərab zavodu və dənli bitkilər müəssisəsində olan tərəzilərə gizlin şəkildə xüsusi elektron mikroskoplar montaj ediblər və pult vasitəsilə tərəziləri uzaqdan idarə edirlərmiş. Nəticədə onlar qeyd olunan müəssisəyə və vətəndaşlara maddi zərər vurublar.

Polislər zərərçəkənlərə qarşı törədilən cinayət faktını aşkarlayan kimi cari ilin sentyabrında, davamlı rejimdə istintaqa başlayıblar.
Mütəşəkkil qrup tərəfindən törədilmiş fırıldaqçılıq faktı ilə bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü və 4-cü hissələri ilə istintaq aparılır.

Mənbə: police.ge
Print Email
FaceBook Twitter Google