Marneuli yerli özünüidarəsində əməkhaqlarının ümumi miqdarı 2019-cu illə müqayisədə 352 300 lari artacaq

Marneuli Bələdiyyə Məclisi 2020-ci ilin büdcə layihəsini yayımlayıb.

Marneulinin 2020-ci il büdcə layihəsinə görə, əməkhaqlarının ödənməsi üçün 4 117 800 lari xərclənəcək. 2019-cu ilin büdcəsində isə bu məqsədlə 3 765 500 lari ayrılmışdı.

Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədovun “Marneuli” radiosuna bildirdiyinə görə, 2020-ci il büdcəsində əməkhaqlarının ümumi miqdarının artması bələdiyyədə iş yerlərinin sayının artması və müəyyən vəzifələr üçün əməkhaqqının artırılması ilə əlaqədardır.

“İş yerlərinin sayı artırılıb, lakin hələlik vakansiya elan olunmayıb. Ştatların artırılması isə büdcə arealının artırılması ilə bağlıdır. Büdcə əvvəllər 25, 26, 30, 31 milyon idi, indi isə 45 milyondur və müvafiq olaraq gələn ildə də artırılacaq. İnfrastruktur layihələr artırılır, kəndlərə dəstək layihəsi 2019-cu ildə bərpa olundu və gələn il də davam edəcək, məktəblərin bərpası da bizə həvalə olunub, uşaqların daşınması da bizə həvalə olunub, yəni büdcənin əhatə dairəsi genişlənib və müvafiq olaraq iş yerləri də artırılıb”,
– Vüqar Məmmədov deyir.

Əməkhaqlarının ümumi miqdarı 2019-cu illə müqayisədə 2020-ci ildə 352 300 lari artırılıb.

Marneuli bələdiyyəsinin 2020-ci il büdcəsi bu gün, 19 noyabr tarixində saat 15:00-da Bələdiyyə Məclisinin iclasında müzakirə ediləcək.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər