"Bu həyatın anasını!" - Marneulidə bir neçə yazı aşkarlanıb
"Bu həyatın anasını", "Gəl, məni həbs elə" - bu yazılar bu gün, 18 dekabrda Marneulidə, Mağalaşvili körpüsünün alt hissəsində qeydə alınıb.




Bu kimi yazılarla 15 yaşlı yeniyetmənin ölümünə rəy bildirirlər. Xatırladaq ki, Luka Siradze 17 dekabrda dünyasını dəyişib.

O, bir neçə gün əvvəl Tbilisidə intihara cəhd edib. Yayılan məlumata görə, intihara cəhd etmə səbəbi Didube-Çuğureti polis şöbəsində yeniyetmənin sorğulanması olub və bu zaman o, polislər tərəfindən psixoloji zorakılıq qurbanı olub.

15 yaşlı Lukanı polis “Yaşıl məktəb”in binasına girməkdə və divara yazı yazdığına görə dindirib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər