Bələdiyyə Məclisi sədri üçün 2019-cu ildə həyata keçirilmiş 3 ən mühüm fəaliyyət
Marneuli Bələdiyyə
Məclisinin sədri Amiran Qiorqadze üçün 2019-cu ildə həyata keçirilə
fəaliyyətlərdən ən mühümü 2020-ci il
büdcəsinin
prioritetlərinin müəyyənləşdirilməsi üçün sakinlərlə görüşlərin
keçirilməsidir.
Amiran Qiorqadze “Marneuli” radiosu ilə söhbəti zamanı 2019-cu ildə
baş vermiş və onun fəaliyyəti ilə birbaşa bağlı olan üç ən mühüm
hadisəni vurğuladı.
1. 2020-ci il büdcəsinin prioritetlərinin
müəyyənləşdirilməsi üçün 2019-cu ildə sakinlərlə görüşlər.
2. Saimerlo kəndində yeni uşaq bağçası və mini stadionun
açılışı.
3. Marneuli idmançılarının beynəlxalq və yerli səviyyədə
qazandıqları uğurlar və Marneulinin fəxri sakini adının
verilməsi.
Bu üç hadisə Marneuli Bələdiyyə Məclisinin sədri üçün 2019-cu ilin
üç ən mühüm və yadda qalan hadisəsi olub.