Bələdiyyə Məclisi sədri üçün 2019-cu ildə həyata keçirilmiş 3 ən mühüm fəaliyyət
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze üçün 2019-cu ildə həyata keçirilə fəaliyyətlərdən ən mühümü 2020-ci il büdcəsinin prioritetlərinin müəyyənləşdirilməsi üçün sakinlərlə görüşlərin keçirilməsidir.

Amiran Qiorqadze “Marneuli” radiosu ilə söhbəti zamanı 2019-cu ildə baş vermiş və onun fəaliyyəti ilə birbaşa bağlı olan üç ən mühüm hadisəni vurğuladı.

1. 2020-ci il büdcəsinin prioritetlərinin müəyyənləşdirilməsi üçün 2019-cu ildə sakinlərlə görüşlər.
2. Saimerlo kəndində yeni uşaq bağçası və mini stadionun açılışı.
3. Marneuli idmançılarının beynəlxalq və yerli səviyyədə qazandıqları uğurlar və Marneulinin fəxri sakini adının verilməsi.


Bu üç hadisə Marneuli Bələdiyyə Məclisinin sədri üçün 2019-cu ilin üç ən mühüm və yadda qalan hadisəsi olub.

"Marneuli" Radiosu
Print