Saimerloda məhv edilmiş ikinci dünya müharibəsi memorialını 2020-ci ildə bərpa edəcəklər
Meriya Marneuli bələdiyyəsinin Saimerlo kəndində uşaq bağçasının tikintisi zamanı ikinci dünya müharibəsi qəhrəmanlarının memorialını hələ 2018-ci ildən götürmüşdü və memorial orada yerləşən ağaca söykənmişdi. Meriyanın nümayəndələrinin bildirdiyinə görə, memorial uşaq bağçasının tikintisi başa çatdıqdan sonra yerləşdiriləcəkdi. Baxmayaraq ki, bir ağaca söykənmiş iki böyük hissə daşınan zaman tam dağılıb bərpa etmək mümkün olmadı.



2019-cu ilin 2 aprelində "Marneuli" radiosu ilə söhbətində Marneuli merinin müavini Laşa Lobjanidzenin bildirdiyinə görə, meriya məhv edilmiş memorialın əvəzinə yeni memorialın qoyulması ilə bağlı çalışırdı. Amma memrialın açılışının nə zaman olacağını konkret qeyd etməmişdi.

Bu gün, 2020-ci ilin 8 yanvarında "Marneuli" radiosu ilə söhbətində Laşa Loblanidze bildirdi ki, Marneuli meriyası Saimerlo kəndində parkın qurulması üçün artıq 2020-ci ilin büdcəsində məbləğ ayırıb, ikinci dünya müharibə qəhrəmanlarının memorialının yerləşdirilməsi isə bu layihənin bir hissəsi olacaq.

მეორე მსოფლიო ომის გმირთა მემორიალის პირვანდელი სახე

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər