"Qazla çalışan avtomobillərin texniki baxışdan keçməsi üçün 250 lari lazımdır"
“Maye qazla çalışan
avtomobillərin texniki baxışdan keçməsində qaz balonunun və eləcə
də sistemin yoxlanılması nəzərdə tutulur, bunun üçün uzun prosedur
və böyük məbləğ – 250 lari lazım
gəlir”,
– bu haqda Gürcüstan
Avtomobillərin Müfəttişliyi Mərkəzlərinin prezidenti Davit
Mesxişvili “Palitra” radiosuna bildirib.
Mesxişvilinin sözlərinə görə, texniki baxışdan keçmək üçün təyin
olunan məbləğə aşağı və yüksək hədd təyin olunmalıdır ki, qiymət
daha da artmasın. Həmçinin, onun sözlərinə görə çıxış yolu qaz
balonlu qurğu sisteminin yoxlanılmasının təxirə salınması olacaq,
ona görə ki, sürücülər bu proses üçün hazır deyillər.
“Bugünkü reallıqdan dolayı dövlət avtomobil sahiblərinə texniki
nəzarət mərkəzləri təklif edə bilmədi. Coğrafi baxımdan qeyd edilən
xidmət əlçatan deyil. Ona görə də ən məntiqli çıxış yolu qaz
balonlu qurğu sisteminin yoxlanılmasının təxirə salınması olacaq,
ona görə ki, sürücülər bu proses üçün hazır deyillər. Onların bu
haqda yetərli qədər məlumatı yox idi ki, proses tam hazır deyil,
elektron proqram da yoxdur, köhnə modeldir və bununla mənim
fikrimcə bu gün veriləcək sənədləri saxtalaşdırmaq mümkündür. Bu
prosesi daha da ağırlaşdırır. Eləcə də məlum oldu ki, maye qaz
balonlarını və sistemi yoxlamalı olan mərkəzlərin sayı yetərli
deyil və yalnız iki fəaliyyət göstərən mərkəz var. Məsələn,
istifadəçi Batumidədirsə o, baxışdan keçmək üçün Kutaisiyə
gəlməlidir.
“Texniki baxışdan keçmək üçün uzun müddətli prosedur və məbləğ
lazımdır. Mənim məlumatıma görə 250 lari lazım olur. Bilmirəm bu
məbləği kim təyin edib. Adi nəzarət halında 60 laridirsə və dövlət
buna kiminsə məbləği sünii olaraq artırmaması üçün müdaxilə etdi.
Bu halda ümumiyyətlə müvafiq strukturların reaksiyası yoxdur. Ona
görə də ya aşağı ya yuxarı hədd müəyyən edilməlidir, çünki sən
sürücünü nəyisə mütləq etməyə məcbur etdikdə, qiymətin artması
riskini də nəzərə almalısan”, - Mesxişvili bildirib.
2020-ci ilin bir yanvarından maye qaz balonlarının yoxlanılması
vacib oldu.