"Qazla çalışan avtomobillərin texniki baxışdan keçməsi üçün 250 lari lazımdır"
“Maye qazla çalışan avtomobillərin texniki baxışdan keçməsində qaz balonunun və eləcə də sistemin yoxlanılması nəzərdə tutulur, bunun üçün uzun prosedur və böyük məbləğ – 250 lari lazım gəlir”, – bu haqda Gürcüstan Avtomobillərin Müfəttişliyi Mərkəzlərinin prezidenti Davit Mesxişvili “Palitra” radiosuna bildirib.

Mesxişvilinin sözlərinə görə, texniki baxışdan keçmək üçün təyin olunan məbləğə aşağı və yüksək hədd təyin olunmalıdır ki, qiymət daha da artmasın. Həmçinin, onun sözlərinə görə çıxış yolu qaz balonlu qurğu sisteminin yoxlanılmasının təxirə salınması olacaq, ona görə ki, sürücülər bu proses üçün hazır deyillər.

“Bugünkü reallıqdan dolayı dövlət avtomobil sahiblərinə texniki nəzarət mərkəzləri təklif edə bilmədi. Coğrafi baxımdan qeyd edilən xidmət əlçatan deyil. Ona görə də ən məntiqli çıxış yolu qaz balonlu qurğu sisteminin yoxlanılmasının təxirə salınması olacaq, ona görə ki, sürücülər bu proses üçün hazır deyillər. Onların bu haqda yetərli qədər məlumatı yox idi ki, proses tam hazır deyil, elektron proqram da yoxdur, köhnə modeldir və bununla mənim fikrimcə bu gün veriləcək sənədləri saxtalaşdırmaq mümkündür. Bu prosesi daha da ağırlaşdırır. Eləcə də məlum oldu ki, maye qaz balonlarını və sistemi yoxlamalı olan mərkəzlərin sayı yetərli deyil və yalnız iki fəaliyyət göstərən mərkəz var. Məsələn, istifadəçi Batumidədirsə o, baxışdan keçmək üçün Kutaisiyə gəlməlidir.

“Texniki baxışdan keçmək üçün uzun müddətli prosedur və məbləğ lazımdır. Mənim məlumatıma görə 250 lari lazım olur. Bilmirəm bu məbləği kim təyin edib. Adi nəzarət halında 60 laridirsə və dövlət buna kiminsə məbləği sünii olaraq artırmaması üçün müdaxilə etdi. Bu halda ümumiyyətlə müvafiq strukturların reaksiyası yoxdur. Ona görə də ya aşağı ya yuxarı hədd müəyyən edilməlidir, çünki sən sürücünü nəyisə mütləq etməyə məcbur etdikdə, qiymətin artması riskini də nəzərə almalısan”, - Mesxişvili bildirib.

2020-ci ilin bir yanvarından maye qaz balonlarının yoxlanılması vacib oldu.

Mənbə: BPN
Print