Məhkəmə nədir
Liberal demokratiyanı əsas xarakterizə edən hakimiyyətin bölünməsi prinsipidir. Hakimiyyətin bölünməsi prinsipi hakimiyyətin üç şöbəyə bölünməsini nəzərdə tutur – qanunverici, icraçı və məhkəmə.

Bu üç bölmə arasında hakimiyyətin bölünməsi elə ayrılıb ki, onların bir-birini yoxlamaq və balanslaşdırmaq imkanı var. Bu səlahiyyətlər hakimiyyət gücünün hansısa bir bölmənin ya onun rəhbərinin əlinə düşməməsinə və birmənalı idarəçilik əldə etməyə istiqamətlənib. Məhz belə qarşılıqlı balans demokratik ictimaiyyətin və dövlətin mövcud olmasını yaradır.

Məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin başqa bölmələrindən asılıdır və onu yalnız məhkəmələr həyata keçirir. Hüquq məhkəmə hakimiyyətinin həyata keçirilməsinin formalarından biridir və onu ümumi məhkəmələr mülki, inzibati və cinayət hüququ vasitəsilə həyata keçirirlər.

Mülki hüquq fərdi şəxslər arasında olan davaların həllini nəzərdə tutur. İnzibati hüquq fərdi şəxslərlə dövlət, inzibati orqanlar arasında olan davaları həll edir. Cinayət hüququ isə cinayətə reaksiya göstərmək şəklində qanunu icra etməkdir.


Cinayət məcəlləsi qanunu dövlətin əlində olan ən güclü və repressiv mexanizmdir. Cinayət qanunu insanın azadlıqdan məhrum edilməsi ilə əlaqədardır. Azadlıq insan üçün demək olar ki, ən vacib və dəyərli olan xeyirxahlıqdır.

Cinayət işlərinin müzakirəsində bəzi hallarda andlı məhkəmədən istifadə olunur. Andlı məhkəmə vasitəsilə vətəndaşlar özləri məsələnin həllinə qoşulurlar.

Andlı məhkəmə 12 hakimdən ibarət olur. Onları ərazi prinsipinə uyğun olaraq müvafiq proseduralarla seçirlər. Yəni, müvafiq ərazi vahidlərində, məsələn MArneulidə qeydiyyat olunmuş sakinlər arasından təsadüfən seçim yolu ilə müəyyən sayda andlı hakimlərə namizəd seçilir və onlara müəyyən sorğular göndərilir.

Andlı hakim müəyyən meyarları qane edən hər hansı şəxs ola bilər. Andlı hakim mütləq 18 yaşı tamam olan şəxs olmalıdır. Məhkəmə prosesinin dilini bilməlidir, Şərqi ya Qərbi Gürcüstanda yaşamalıdır bə fiziki ya psixoloji məhdudiyyəti olmamalıdır ki, onun andlı hakim öhdəliyini yerinə yetirməsinə mane olsun.

Andlı hakimlərin qərar qəbul etmə prosesində olan, birbaşa onların şəxsi öhdəliyini yerinə yetirməsi ilə əlaqədar olan hər hansı xərcini dövlət qarşılayır. Qeyd etmək lazımdır ki, işlə təmin olunan andlı hakimin fəaliyyət zamanı iş yeri və əmək haqqı olduğu kimi qalır.

Gürcüstan qanunvericiliyi eləcə də birbaşa məhdudiyyətləri də nəzərə alır ki, hansı hallarda şəxs andlı hakim ola ya olmaya bilər. Bu kimi məhdiyyət dövlət-siyasi vəzifə tutan şəxslərə, prokurorlara, müstəntiqlərə, polislərə, vəkillərə, çalışan hərbi xidmətçilərə, dini şəxslərə, qeyd olunan cinayət prosesində iştirak edən şəxslərə, müttəhimlərə, narkotik maddədən az mqidarda istifadə etmək üçün inzibati vergi öhdəliyi qoyulan və həmin inzibati verginin təyin edilməsindən 1 ildən az vaxt keçən və məhkum olunan şəxslərə aiddir.

Qeyd etmək lazımdır ki, Gürcüstan Konstitusiyasına əsasən bütün şəxslərin öz hüququnu qoruması üçün məhkəməyə müraciət etmək hüququ var ki, məhkəmə işi ədalətli və vaxtında müzakirə etsin.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər