Saimerloda eltilərin ifa etdiyi dini nəğmə
“Facebook” istifadəçilərinin bəyəndiyi Tina və Nunu Kimadzelər Saimerlo kəndinin Müqəddəs Nino adına kilsəsində dini nəğmələr oxuyurlar.

Tina və Nunu əmiuşağı və eyni zamanda eltidirlər. Peşəkar musiqiyə təxminən iyirmi il əvvəl, Saimerlo kəndində “İmerula” ansamblı yaranan zaman başlayıblar.

“Mən və Nunu birgə ifa edirdik. Bizim atamız, əmilərimiz uşaqlıqdan ifa ediridlər və onların nəğmələrini eşidirdik, yəqin bir az bacarıq bizdə də var ki, buraya qədər gəlib çıxdıq. Çox yerdə dini nəğmələr ifa etmişik, indi xaricə, Estoniya, Litva, Qazaxıstana çağırırlar, Azərbaycan, Ermənistan və Gürcüstanın birgə toplantısında da ifa etmişik və Cavaxişvilobada da ifa etdik”, – Tina Kimadze deyir.

65 yaşlı tina və 70 yaşlı Nunu Saimerloda Müqəddəs Nino adına kilsədə artıq ay yarımdır ifa edirlər. Tinanın dediyinə görə, kilsədə dini nəğmə qrupu yeni formalaşıb və hələ əsas məşqləri keçirlər. Belə məşqlərdən birində fasilə zamanı ifaçılardan biri onlardan qədim repertuardan mahnı oxumağı xahiş edib, bunu əks etdirən videonu isə sosial şəbəkəyə yerləşdirib.

“Bu videonu “Facebook”a qoyacaqlarını heç düşünmürdük. Elə-belə özümüz üçün oxuyurduq. Başqa heç nə haqda düşünmürdük və sonra yenə məşqə davam etdik. Birdən bu mahnı yadımıza düşdü ki, uzun zamandır ifa etməmişik və bəzi sözləri unduurduq”, – Tina deyir və onların ifa etdiyi mahnının məşhur olması onu sevindirir.

İfaçılar hələlik yaxınlaşan bayramlarla bağlı dini nəğmələr öyrənirlər.

Videonu sosial şəbəkəyə Xatia İriauli yükləyib:

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər