“Facebook”
istifadəçilərinin bəyəndiyi Tina və Nunu Kimadzelər Saimerlo
kəndinin Müqəddəs Nino adına kilsəsində dini nəğmələr
oxuyurlar.
Tina və Nunu əmiuşağı və eyni zamanda eltidirlər. Peşəkar musiqiyə
təxminən iyirmi il əvvəl, Saimerlo kəndində “İmerula” ansamblı
yaranan zaman başlayıblar.
“Mən və Nunu birgə ifa edirdik. Bizim atamız,
əmilərimiz uşaqlıqdan ifa ediridlər və onların nəğmələrini
eşidirdik, yəqin bir az bacarıq bizdə də var ki, buraya qədər gəlib
çıxdıq. Çox yerdə dini nəğmələr ifa etmişik, indi xaricə, Estoniya,
Litva, Qazaxıstana çağırırlar, Azərbaycan, Ermənistan və
Gürcüstanın birgə toplantısında da ifa etmişik və Cavaxişvilobada
da ifa etdik”, – Tina Kimadze deyir.
65 yaşlı tina və 70 yaşlı Nunu Saimerloda Müqəddəs Nino adına
kilsədə artıq ay yarımdır ifa edirlər. Tinanın dediyinə görə,
kilsədə dini nəğmə qrupu yeni formalaşıb və hələ əsas məşqləri
keçirlər. Belə məşqlərdən birində fasilə zamanı ifaçılardan biri
onlardan qədim repertuardan mahnı oxumağı xahiş edib, bunu əks
etdirən videonu isə sosial şəbəkəyə yerləşdirib.
“Bu videonu “Facebook”a qoyacaqlarını heç düşünmürdük.
Elə-belə özümüz üçün oxuyurduq. Başqa heç nə haqda düşünmürdük və
sonra yenə məşqə davam etdik. Birdən bu mahnı yadımıza düşdü ki,
uzun zamandır ifa etməmişik və bəzi sözləri
unduurduq”, – Tina deyir və onların ifa etdiyi
mahnının məşhur olması onu sevindirir.
İfaçılar hələlik yaxınlaşan bayramlarla bağlı dini nəğmələr
öyrənirlər.