Zaur Darğallı ikidilli təqdimatın İmamquliyevin paylaşımının nəticəsi olması fikri ilə razılaşmır

“Tənqidin nəticəsi xalqın gücüdür! 2019-cu ilin 20 dekabrında cənab Zaur Darğallı həyata keçirdiyi ilərin hesabatını yalnız gürcü dilində təqdim etdi. Mən buna görə öz Facebook səhifəmdə tənqid etdim ki, azərbaycan dilində də olmalı idi. Bir ay keçməyib cənab Zaur 17 yanvar tarixində sosial proqramları gürcü və azərbaycan dilində təqdim etdi – bu da tənqidin nəticəsi”,

– Bu Əhməd İmamquliyevin 18 yanvarda yayımladığı Facebook paylaşımıdır və o, qeyd edir ki, Marneulinin meri Zaur Darğallının sosial proqramları iki dildə təqdim etməsində bir növ onun da təsiri var.

“Yalnız mən deyil biz, Marneulilərin də etirazı var idi ki, niyə cənab Zaur yalnız dövlət dilində danışır, əgər əhaliyə məlumat çatdırmağı nəzərdə tuturdu və bilirik ki, Marneulidə yaşayan etnik azərbaycanlıların təxminən 90% dövlət dilini bilmir. Mən əhali tərəfindən seçilmişəm və əhalinin qarşısında öhdəliyim var ki, onların istəyini və suallarını çatdırım (yerli özünüidarəyə). Buna görə onların sözünü cənab Zaura çatdırdım”, - Əhməd İmamquliyev deyir.



Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı deyir ki, sosial proqramın təqdimatını gürcü və azərbaycan dilində öz təşəbbüsü ilə təqdim edib. Zaur Darğallının dediyinə görə, 2019-cu ildə hesabatın təqdimatı zamanı texniki səhvlərə görə tərcüməni təmin etmək mümkün olmayıb.

“Baş verən hər şey mənim təşəbbüsümlə olur. Siz gördünüz ki, tərcümənin ikidilli olmasından əlavə jest dilində də tərcüməçimiz var idi. Bir halda ki, görüş vacib idi, mən qərar qəbul etdim ki, hər iki dildə onlarla danışım. 2019-cu ilin hesabat tqədimatında isə tərcüməçi nəzər alınmışdı, ancaq texniki tərəfdən nəisə alınması amma video çarx ikidilli idi və geniş miqyasda təqdim etdik”, - Zaur Darğallı deyir.

Qeyd edək ki, 2019-cu ilin hesabat təqdimatında tərcümə olunmadığına görə QHT nümayəndələri də narazılıq bildiriblər.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər