Marneuli meriyası 15 bacarıqlı tələbəni hər il 1000 lari dəyərində məbləğlə mükafatlandıracaq
Marneuli meriyası 15 nəfər bacarıqlı tələbəni hər il 1000 lari dəyərində məbləğlə mükafatlandıracaq. Məlumatı Marneuli meri Zaur Darğallı 2020-ci ilin gənclər proqramını təqdim edərkən verib və bildirib ki, onların mükafatı tələbələrin motivasiyasını artıracaq. Pul mükafatını qazanmaq üçün tələbələr müəyyən meyarları qane etməlidir.

“Seçim meyarları bunlardır: Mütləq akkreditasiyadan keçmiş təhsil müəssisəsinin tələbəsi olmalıdır. Yüksək akademik iştirakı (ən az 91 bal) olmalıdır. Layihələrə və müxtəlif konfranslara qoşulmuş tələbələr bizim üçün çox maraqlı olacaq. Motivasiyalardan biri odur ki, tələbə fəal olsun, həmçinin motivasiya məktubu yazmaq da lazım olacaq”, - Zaur Darğallı deyir.

Zaur Darğallı bildirir ki, Marneulili bacarıqlı tələbələrə güman ki, pul mükafatı yeni il gecəsi veriləcək. Mer açıqlama verib ki, uğurlu tələblərin mükafatlandırılması ənənəyə çevriləcək.

Foto: Marneuli meriyası

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər