Gürcüstanda bu gündən havanın temperaturu artacaq
Gürcüstanda bu gündən havanın temperaturu artacaq.

Sinoptiklərin verdiyi məlumata görə, bu gün Şərqi Gürcüstanın müxtəlif rayonlarında çiskin olacağı gözlənilir, 19-20 fevral tarixində isə ölkə ərazisinin əsasən əksər hissələrində açıq hava şəraiti olacaq.

Hava temperaturu gündüz saatlarında Qərbi Gürcüstanın dağətəyi hissəsində +12, +17 dərəcə, Şərqi Gürcüstanda aran hissəsində +10, +15 dərəcəyə qədər artacaq.

“Tbilisidə 18-20 fevral tarixində əsasən açıq hava gözlənilir. Hava isə +12, +14 dərəcəyə qədər isinəcək”, – Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentlikdən bildiriblər.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər