Şulaveri kəndində Roman Zoidze
adına məktəbdə fəal gənclər kitabxana açıb. Kitabxanaya lazım olan
kitablar layihə çərçivəsində və əhalidən toplanan makulatura ilə
alınıb.
24 fevral tarixində kəndin kitabxanası açılıb. Onun açılışında
kəndin fəal gəncləri böyük töhfə verib. Onların dediyinə görə,
kitabxana onlar üçün vacib idi. Çünki çox gənclər kitab oxumağı
sevir və tez-tez şəhər kitabxanasına gedə bilmirlər.
“Bu kitabxana qurulana qədər Marneuli kitabxanasından
istifadə ediridik. Amma uzaq idi və tez-tez gedə bilmirdim. Təhsil
üçün ən vacib olan sinifdən kənar ədəbiyyat oxumaqdır. Həmçinin,
kitabxanada sakitlikdir və oxumaq üçün yaxşı
mühitdir”, – məktəb şagirdi Nika Diasamidze
deyir.
Kitabxananın qurulması üçün gənclər kənddə olan makulaturanı
toplayıblar və kitabla dəyişiblər.
“Biz, kəndin fəal gəncləri Ketsxoveli mükafatı
çərçivəsində 4 ton makulatura topladıq və kitablarla dəyişdik.
Eləcə də gənclərin ideyası üçün elan edilmiş müsabiqədə qalib
gəldik və məktəb bizə sinif ayırdı ki, kitabxana
quraq”, - layihənin müəllifi Tako Mikeladze
deyir.
Hazırda kitabxanada 200 kitab var. Hər yaş kateqoriyasında olan
adamlar kitabdan istifadə edə bilər. Gənclər kitabxanaya yazıçıları
dəvət etmək və poeziya axşamı təşkil etməyi planlaşdırır.
Müəllif: Vladimer Mazmanian