Şulaveri məktəbində gənclər kitabxana açıb
Şulaveri kəndində Roman Zoidze adına məktəbdə fəal gənclər kitabxana açıb. Kitabxanaya lazım olan kitablar layihə çərçivəsində və əhalidən toplanan makulatura ilə alınıb.

24 fevral tarixində kəndin kitabxanası açılıb. Onun açılışında kəndin fəal gəncləri böyük töhfə verib. Onların dediyinə görə, kitabxana onlar üçün vacib idi. Çünki çox gənclər kitab oxumağı sevir və tez-tez şəhər kitabxanasına gedə bilmirlər.

“Bu kitabxana qurulana qədər Marneuli kitabxanasından istifadə ediridik. Amma uzaq idi və tez-tez gedə bilmirdim. Təhsil üçün ən vacib olan sinifdən kənar ədəbiyyat oxumaqdır. Həmçinin, kitabxanada sakitlikdir və oxumaq üçün yaxşı mühitdir”, – məktəb şagirdi Nika Diasamidze deyir.

Kitabxananın qurulması üçün gənclər kənddə olan makulaturanı toplayıblar və kitabla dəyişiblər.

“Biz, kəndin fəal gəncləri Ketsxoveli mükafatı çərçivəsində 4 ton makulatura topladıq və kitablarla dəyişdik. Eləcə də gənclərin ideyası üçün elan edilmiş müsabiqədə qalib gəldik və məktəb bizə sinif ayırdı ki, kitabxana quraq”, - layihənin müəllifi Tako Mikeladze deyir.

Hazırda kitabxanada 200 kitab var. Hər yaş kateqoriyasında olan adamlar kitabdan istifadə edə bilər. Gənclər kitabxanaya yazıçıları dəvət etmək və poeziya axşamı təşkil etməyi planlaşdırır.

Müəllif: Vladimer Mazmanian
"Marneuli" Radiosu
Print