Milli Qida Agentliyi Marneulidə
yerləşən 5 obyekti cərimələyib.
Agentliyin Kvemo Kartli Regional
İdarəsinin rəhbəri Miranqula Lipartelianinin “Marneuli” radiosuna
bildirdiyinə görə, 50-yə yaxın obyektdə əsasən etiketləşdirmə
qaydasının pozulması və forma 2 olmadan ət satışı müəyyən
edilib.
"Müxtəlif obyektləri yoxladıq. Onlar arasında uşaq
bağçaları da var və orada sənəd araşdırması aparıldı. Ət satışı
obyektlərində də araşdırma apardıq və aqrar bazarlar da
yoxlanıldı", – Liparteliani bildirir. Onun sözlərinə
görə, Marneulidə cərimələnmiş obyektlərdən ən çox (1000 lari
dəyərində) bir ət satışı obyektinə cərimə yazılıb. Bir çox
obyektlərin isə fəaliyyəti dayandırılıb. Agentlik fevral ayında
Kvemo Kartlidə 105 obyektdə yoxlama aparıb.
Miranqula Liparteliani müxtəlif qida obyektlərinə koronavirusun
yayılmasının qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri
aparmağı tövsiyə edib.