Milli Qida Agentliyi Marneulidə yerləşən 5 obyekti cərimələyib

Milli Qida Agentliyi Marneulidə yerləşən 5 obyekti cərimələyib.

Agentliyin Kvemo Kartli Regional İdarəsinin rəhbəri Miranqula Lipartelianinin “Marneuli” radiosuna bildirdiyinə görə, 50-yə yaxın obyektdə əsasən etiketləşdirmə qaydasının pozulması və forma 2 olmadan ət satışı müəyyən edilib.

"Müxtəlif obyektləri yoxladıq. Onlar arasında uşaq bağçaları da var və orada sənəd araşdırması aparıldı. Ət satışı obyektlərində də araşdırma apardıq və aqrar bazarlar da yoxlanıldı", – Liparteliani bildirir. Onun sözlərinə görə, Marneulidə cərimələnmiş obyektlərdən ən çox (1000 lari dəyərində) bir ət satışı obyektinə cərimə yazılıb. Bir çox obyektlərin isə fəaliyyəti dayandırılıb. Agentlik fevral ayında Kvemo Kartlidə 105 obyektdə yoxlama aparıb.

Miranqula Liparteliani müxtəlif qida obyektlərinə koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə dezinfeksiya işləri aparmağı tövsiyə edib.


"Marneuli" Radiosu

 

Print