Gürcüstan miqyasında komendant saatının pozulması faktına görə 17 nəfər cərimələnib
Daxili İşlər Nazirliyinin əməkdaşları gecə saatlarında Gürcüstan hökuməti tərəfindən tətbiq edilən komendant saatına riayət olunmasına nəzarət ediblər.
“Hüquq mühafizəçiləri monitorinqlər nəticəsində son 24 saat ərzində ölkə daxilində fövqəladə vəziyyət rejiminin, o cümlədən, komendant saatı qaydalarının pozulması ilə bağlı 60 fakt aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin əməkdaşları saat 21:00-dan 6:00-a qədər tətbiq olunan komendant saatının pozulması ilə bağlı Gürcüstan miqyasında 17 vətəndaşı cərimələyib.
Polis İnzibati Xətalar Məcəlləsinin 173-cü (hüquq mühafizə orqanı əməkdaşlarının qanuni tələblərinə tabe olmama) və 166-cı (xırda xuliqanlıq) maddələri ilə nəzərdə tutulmuş qanun pozuntularına görə 5 nəfəri həbs edib.
Bundan əlavə, polis 23 nəfər vətəndaşı ictimai məkanda 3 nəfərdən çox adam toplaşdığı üçün cərimələyib.
1 fiziki şəxs və 3 hüquqi şəxs ticarət fəaliyyəti ilə bağlı məhdudiyyətləri pozduqlarına görə cərimə edilib."


Polis Xəstəliklərə Nəzarət Milli Mərkəzi ilə birlikdə, özünütəcriddə olan vətəndaşların monitorinqini həyata keçirir ki, bunun nəticəsində də özünütəcrid qaydalarının pozulması ilə bağlı dörd yeni fakt aşkar edilib.

Daxili İşlər Nazirliyindən verilən açıqlamada sərnişin daşıma qaydalarını pozduğuna və avtomobil idarə etməsinə görə 12 nəfərin cərimələndiyi bildirilib.

Qeyd edək ki, fövqəladə vəziyyət rejiminin pozulması inzibati məsuliyyətə səbəb olur ki, bunun üçün də fiziki şəxsin 3 000, hüquqi şəxsin isə 15 000 lari həcmində cərimələnməsi nəzərdə tutulur.
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər