Marneulidə yaşayan koronavirusa yoluxmuş 62 yaşlı qadın sünii tənəffüs aparatından çıxarılıb
Bir Saylı Universitet Klinikasının kliniki direktoru Lali Turdzeladzenin sözlərinə görə 23 mart tarixində koronavirusa yoluxduğu təsdiqlənən Marneulili qadın sünii tənəffüs aparatından çıxarılıb və onun vəziyyəti yaxşıdır. Həkimin sözlərinə görə, hələlik koronavirusun müalicə olunub olunmaması üçün yoxlanmağa tezdir, ancaq o, qeyd edib ki, vəziyyəti ciddi şəkildə yaxşılaşıb və bu vəziyyəti saxlamaq üçün xəstə həkimlərin nəzarəti altındadır.

Marneulili qadını 23 mart tarixində Tbilisiyə aparıblar. 23 mart tarixində onun koronavirusa yoluxması təsdiqlənib. O, Marneulidəki “Geo Hospitalsa” 18 mart tarixində sətəlcəm diaqnozu ilə daxil olub. Tezliklə qadının vəziyyəti ağırlaşıb və xəstəni sünii tənəffüs aparatına qoşublar.

Bu hal aşakrlandıqdan sonra Baş nazir Marneuli və Bolnisi bələdiyyələrində ciddi rejimli karantin elan edib. Bələdiyyələrə giriş və çıxışa polis nəzarət edir.

stopcov.ge-nin məlumatına görə, Gürcüstanda 117 nəfər koronavirusa yoluxub, 23 nəfər isə sağalıb.

Mənbə: publika.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər