Tsereteli kəndində ehtiyacı olan ailələrə pulsuz çörək paylayırlar
Marneuli bələdiyyəsinin Tsereteli kəndində ehtiyacı olan ailələrə pulsuz çörək paylayırlar.
Gün ərzində ehtiyacı olan ailələr üçün 125 çörək bişirilir və hər ailəyə 4 çörək verilir. Aksiyanın 1 ay davam edəcəyi güman edilir.



“Kənddə ehtiyacı olan və qoca sakinlər yaşayır. Ona görə də qərar verdik ki, hansısa yolla onlara bu çətin dövrdə kömək edək”, - Mirza Çxitunidze deyir. O, kənddə olan çörəkxananı unla təmin edib. Mirza Çxitunidze karantin rejiminə qədər də həmkəndlilərinə yardım edirmiş və onların kommunal xərcini ödəyirmiş.

“27 mart tarixində Mirza Çxitunidze mənə zəng vurdu və dedi ki, sənə pul köçürəcəyəm. Əvvəl 10 günlük pul köçürdü. Ona dəstəyi üçün təşəkkür edirik”,
– Tseretelidəki çörəkxanalarından birinin sahibi deyir.



Marneuli və Bolnisi bələdiyyələrində 23 mart tarixində ciddi rejimli karantin elan edilib. Hökumət bu qərarı Marneulili qadında virus aşkarlandıqdan sonra verib.

Print Email
FaceBook Twitter Google