Tbilisi Dövlət Tibb Universitetinin Birinci Univeristet
Klinikasının kliniki direktoru Lali Turdzeladze 31 mart tarixində
TV Pirvelinin efirində dünyasını dəyişən qadının vəziyyətindən
danışıb.
Onun sözlərinə görə qadının koronavirusla yanaşı başqa ağır
xəstəlikləri də var imiş.
“Bu xəstə 31 mart tarixində Marneulinin “Geo Hospitals”
klinikasında ağır vəziyyətdə gətiriblər, vəziyyəti kritik idi və
qəbul olunan kimi sünii nəfəs aparatına qoşuldu. Spontan
pnevmotoraks, kəskin nəfəs çatışmamazlığı var idi.
Xəstədə çox sayda xroniki xəstəliklər, ürək əzələlərində ciddi
xəstəlik, sepsis, septik şok halı var idi və sonra ürək-damar
çatışmamazlığı baş vermişdi. Xəstə bunlarla yanaşı koronavirusdan
dünyasını dəyişib.
Qeyd olunan xəstədə kaxeksia qeydə alınmışdı.
O, 6-7 ay ərzində çox çəki itiribmiş, bizə gətiriləndə xəstə çox
arıq idi, onun çəkisi yəqin ki, 10-15 kq-dan artıq olmazdı. Həmin
xəstə belə ağır vəziyyətdə idi və bu günə qədər biz onun ömrünü
uzada bildik. Bu gün səhər təəssüf ki, dünyasını
dəyişdi”, - Turdzeladze bildirib.
79 yaşlı qadın Universitet klinikasına 31 mart tarixində aparılıb.
Dünyasını dəyişən Marneuli-Bolnisi klasterindən olub. 79 yaşlı
qadın Kvemo Bolnisidən (Kəpənəkçi kəndi) idi.
Gürcüstanda koronavirusa yoluxanların sayı 162 nəfərə çatıb. Bu
haqda hökumətin yaratdığı stopcov.ge veb səhifəsində məlumat
yerləşdirilib.
5067 nəfər karantin rejimindədir, 330 nəfər isə stasionar müşahidə
altındadır. 1 nəfər dünyasını dəyişib. 162 nəfərdən 36 nəfər
sağalıb.