SOCAR: “Yanacaq istifadəsi 40% azalıb”
Ölkədə müvəqqəti fövqəladə vəziyyət elan olunduqdan sonra maşınların hərəkətinə məhdudiyyətlər tətbiq olunmağa başladı, neft məhsullarının istehlakı əhəmiyyətli dərəcədə azaldı.

“SOCAR”-ın baş direktoru Levan Qiorqadzenin bm.ge-yə bildirdiyinə görə, onların yanacaqdoldurma məntəqələrində yanacaq satışı təxminən 40% azalıb.

“Fövqəladə vəziyyətdir. Yanacaq satışı hər gün azalır, çünki xalq artıq hərəkət etmir”, – Qiorqadze deyib.

Pərakəndə satışa gəlincə isə onun sözlərinə görə, yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti son dövrlərdə 40-50 tetri ucuzlaşıb, lakin gələcəkdə nə olacağını proqnozlaşdırmaq qeyri-mümkündür.

Qiorqadzenin bildirdiyinə görə, dünya bazarında neft məhsullarının qiyməti 30 dolları keçib. Bundan başqa OPEC-in neft istehsalını azaltmaq barədə qərar verəcəyi gözlənilir ki, bu da gələcəkdə Gürcüstanda pərakəndə yanacaq satışı şəbəkələrində qiymətlərə təsir edəck.

Mənbə: bm.ge
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər