Levan Davitaşvili - Müxalifət Kvemo Kartlidə baş verən hadisələri özlərinə xal qazanmaq üçün istifadə etdilər, onların cəhdi məsuliyyətsizlikdir

Ekologiya və Kənd Təsərrüfatı naziri Levan Davitaşvilinin sözlərinə görə, fermerlərdən məhsulun alınması hüququna heç bir xüsusi şirkət malik deyil.

Davitaşvili Dövlət Administrasiyasında keçirilən birfinqdə “Cibe” şirkəti ilə bağlı ünvanlanan suallara cavab verib və şirkətin əhalidən məhsulu necə alarıb-satdığına açıqlıq gətirib.

Nazirin bəyanatına görə, “Cibe” şirkəti kimi onlarla başqa şirkət də əhalidən məhsulları alır.

"Bu müxalifətin yaymağa cəhd etdiyi növbəti səhv məlumatdır. Çox təəssüf ki, müxalifət Kvemo Kartlidə baş verən hadisələri siyasi xallar qazanmaq üçün istifadə etdilər. Ancaq fikirləşirəm ki, alınmayacaq. Ona görə də, onların cəhdi qeyri-normal, məsuliyyətsizlik və siyası etikanın olmamasıdır. Biz fermerlərin necə çətin vəziyyətdə olduğunu görürük və bu bizim üçün çox ürəkağrıdıcıdır. Biz fermerlərlə çox səmimiyik və bugün, sabah illuziyalara qapılmamalıyıq və bilməliyik ki, ideal vəziyyət olmayacaq.
Başa düşürük ki, ölkədə iqtisadi vəziyyət çətinləşir və dövlət tərəfindən bu istiqamətdə lazimi addımlar atılacaqdır. Belə zamanda yanğına neft tökərək böyütmək fermerlərə qarşı mənəviyyatsızlıqdır. Bundan irəli gələrək sizin sualınız da var, qərarı kim alıb və konkret olaraq hansı şirkətə xüsusi icazə verilmişdir. Əlbəttdə ki, biz tərəfədən heç bir qərar verilməmişdir, biz heç kimi seçməmişik. Əksinə, biz fermerlər və təşkil olunmuş alıcılar arasında ünsiyyət yaratmağa çalışırıq. “Cibe” bugün Kvemo Kartlidən məhsul alaraq fermerlərə yardım edən alıcılardan biridir. Bilirsiniz ki, Kvemo Kartli ciddi karantin şərtləri altındadır və fermerlər oradan çıxa bilmirlər, ancaq distributorlar oraya gedərək məhsulu ala bilirlər. Bilirsiniz ki, əsasən brendləşmiş mağazaların meyvə və tərəvəz almaq baxımından imkanları məhduddur və əsasən başqa növ məhsulların və ya ət və süd məhsulların alışı ilə məşğuldurlar. Belə bir halda, “Cibe” daha çox parakəndə deyil, topdan satış həyata keçirir. "Cibe” və başqa mağaza da ola bilər. Sadacə olaraq, “Cibe” başqa kiçik alıcılardan fərqli olaraq topdan satış həyata keçirir və o daha çox məhsulun alınmasını təşkil etdi. Ancaq, əhalidən məhsul alan onlarla şirkət sadalaya bilərəm və heç kim xüsusi hüquqa sahib deyildir. Bu şirkətlərin hamısına minnətdarlığımı bildirirəm",
- Davitaşvili deyib.

Onun sözünə görə, fermerlərdən məhsulu həmçinin “Maqnit” və “İki Addım” adlı mağazalar da alır, ancaq nazirin dediyinə görə, dövlətin böyük şirkətləri sadaladığı zaman, dərhal bu şirkətlərlə bağlı suallar yaranır, bu da onlar üçün qəbuledilməzdir.

“Mən bu şirkətlərin heç birinin sahiblərinin strukturasını bilmirəm, bu mənim üçün maraqlı deyil və qəbulediləndir. Bizim üçün o şirkətlərin nə dərəcədə şərəfli işlədiyi və maliyyə, sosial məsuliyyəti necə həyata keçirdikləri önəmlidir. Biz Marneuliyə sərbəst girişə icazə versək, bu uğursuzluqla nəticələnə bilər və bizim ölkənin vətəndaşlarının sağlamlığının qorunma sisteminə ziyan dəyə bilər. Birmənalı şəkildə məsuliyyətli və nə qədər anlamaq çətin olsa da, fermerlərə qarşı həmrəy olaq! Biz indi sona yaxınlaşırıq, bizim üçün hər gün mühümdür. Bazar ertəsindən problemlər daha çox həll olunacaq və özəl sahəyə daha çox satış imkanları verəcəyiki", - Davitaşvili deyib.

 

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər