Patrul Polisinin keçmiş rəhbəri Davit Tsinaridze həbs edilib
Patrul polisinin keçmiş rəhbəri və Fövqəladə Halların İdarəolunması Agentliyinin direktorunun keçmiş müavini Davit Tsinaridzeni ailə cinayəti ittihamı ilə saxlayıblar.

Daxili İşlər Nazirliyindən “Netgazetiyə” bildiriblər ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 151-ci maddəsinin “d” bəndi ilə istintaq aparılır. Həmin maddə ailə üzvünü hədələməni nəzərdə tutur.

“Rustavi 2”-nin məlumatına görə, keçmiş məmur həyat yoldaşına odlu silahdan atəş açıb, ancaq qadın xəsarət almayıb.

Davit Tsinaridze haqqında geniş ictimaiyyətə 2015-ci ildə yayılmış video görüntülərdən sonra məlum olub. Videoda görünür ki, vətəndaş Eka Kuşitaşvili Patrul Polis Departamentinin o vaxtkı direktoru Davit Tsinaridze və onun müavini Qiorqi (Qoqa) Çanturianın adından istifadə edərək patrula təsir göstərməyə çalışır. Davit Tsinaridze vəzifəsindən azad olunub, ancaq DİN sistemində müxtəlif vəzifələrdə çalışmağa davam edib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər