“Acara TV” jurnalistlərinə dəstək aksiyasına hansı televiziya kanalları qatıldı?
Bəzi regional və milli yayımçılar “Acara TV” jurnalistlərinə dəstək aksiyasında iştirak etdilər. "Acarıstan İctimai Yayımının Jurnalistləri ilə həmrəylik" – bu yazı “Palitra”, “Formula”, “TV Pirveli”, “Birinci Kanal”, “Kavkasia”, “TV 25”, “Trialeti” və digər regional televiziyalar tərəfindən yayımlandı.

Aksiya Media Koalisiyası tərəfindən təşkil edilmişdi və məqsədi Acarıstan İctimai Yayımının jurnalistlərinə dəstək olmaq idi. Yayımçıların bir qismi jurnalistlərlə həmrəylik nümayiş etdirmək üçün ötən gün – 3 may 19:00-da bir dəqiqə efiri bağladı. Dayandırılmış efir zamanı ekranlarda "Acarıstan İctimai Yayım jurnalistləri ilə həmrəylik" yazısı göstərildi.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər