Nəvəsinin yaddaşında veteranın xatirələri
Marneulili 6 nəfər ikinci dünya veteranlarının siyahısında Varden Şubitidzenin adı bir neçə həftədir ki, yoxdur. Ailədə onun xatirələri çoxdur. Nəvəsi Tornike Şubitidze babasından eşitdiyi, vətən müharibəsində baş vermiş bir çox hadisələri xatırlayır. Onun xatirələrini indi foto kadrlar yaşadır.

ომის ვეტერანის მოგონებებს ახლა ფოტოკადრები და ოჯახი ინახავს

"Mənim üçün ikinci dünya veteranının nəvəsi olmaq həmişə qürurvericidir. Babam 98 il yaşadı. Qısa zamandır ki, bizi tərk edib. Cəmi bir neçə həftədir. Ondan bizə əlbəttə ki, çox sayda həyat hekayələri, emosiya və isti münasibət qaldı. Bunlar hamısı fotolarda təsvir olunub. Bu xatirələri xüsusu olaraq qoruyuruq",
- Tornike deyir ki, babası faşizm üzərində qələbə gününü qeyd etməyə xüsusilə hazırlaşırdı.


Onun əsas köməkçisi isə nəvəsi idi. O, babasının köynəyinə medallarını taxar və onu bayramı qeyd edəcəyi tədbirlərə aparırmış. Tornike "Marneuli" radiosu ilə bir neçə xatirəni bölüşdü.

ვარდენ შუბითიძე, 2017 წელი

Tornike babasını necə xatırlayır, həmin videonu izləyə bilərsiz.



Onlardan babasının müharibəyə çağırılması günü və vətənə qayıtmasının simvoluna çevrilən əşya da yer alır.

"Özünün dediyinə görə, müharibə başlayandan bir neçə ay sonra ona hərbi çağırış gəlib. O zaman babası Saçxeredə, Çonto kəndində yaşayırmış. Həmin məntəqədən onun müharibəyə yola salınmasında yeddi nəfər iştirak edibmiş. Gürcü adətinə görə yola salma mərasimini qeyd etmək üçün süfrə açılıb, heyvan kəsilib. Maraqlı xatirələrdən biri məhz həmin süfrə ilə əlaqədardır. Süfrədən kəsilmiş heyvanın sümüklərindən birini götürüb qapının girişindən asıblar. Qərara alıblar ki, qapıdan çıxarkən hamı sümüyü öpməlidir və müharibədən qayıdanda da eynisini təkrar erməlidirlər. Süfrədə iştirak edən altı nəfərin hamısı 1945-ci ildə sağ salamat qayıdıb. Yeddinci nəfər isə bu günə qədər də itkin hesab olunur", - Tornike Şubitidze deyir.

ნივთს ოჯახი საგულდაგულოდ ინახავს

Saimerlo kəndində yaşayan Varden Şubitidze 98 yaşında dünyasını dəyişib. Marneuli bələsiyyəsində 6 nəfər vətən müharisi veteranı qalıb və onlardan biri qadındır. Koronavirusa görə faşizm üzərində qələbənin 75-ci ildönümü tədbiri keçirilməyəcək. Marneuli bələsiyyəsi hər bir veterana 550 lari pul və ərzaq yardımı verəcək.

9 მაისისადმი მიძღვნილი ღონისძება მარნეულში - 2016 წელი

Faşizm üzərində qələbə günü 9 may Gürcüstanda 1946-cı ildən qeyd olunur.

Print Email
FaceBook Twitter Google