Müxalifət 20 iyunda nə etməyə hazırlaşır
“Avropalı Gürcüstan”ın liderlərindən olan Qiqi Uqulavanın sözlərinə görə, iyunun 20-də real bir yerdə aksiya keçiriləcək, amma pandemiyaya görə bunun hansı formatda olacağı məlum deyil. Bu haqda Qiqi Uqulava jurnalistlərə birləşmiş müxalifətin görüşündən sonra məlumat verib.

“İyunun 20-də aksiyanın keçirilməsi tamamilə məntiqlidir, düzgündür və mənəvi olaraq da, siyasi olaraq da doğrudur. Bununla yanaşı, bu pandemiya sonrası və ya pandemiya dövründə sağlam düşüncəyə yaxın olan qaydaların hamısını qorumalıyıq. Ölkə yaşamağa davam edir, bu pandemiyaya görə etiraz formaları dəyişə bilər, amma əsas nüvə dəyişməyəcək, hisslər dəyişməyəcək ki, buna görə də yeni standart lazımdır”.

Onun sözlərinə görə, 20 iyun aksiyası hansısa nöqteyi-nəzərdən eksperimental olacaq – “yeni reallığa uyğunlaşdırmalıyıq, amma məzmunu dəyişməz qalmalıdır”.

“Məzmun yenə də işğaldan azad edilmə tələbidir, dəyişikliklər tələbidir və indi daha bir kəskin tələb də artacaq: böhran əleyhinə ruh yüksəkliyi. Çünki, hamımız başa düşürük ki, iqtisadiyyat tufanı qopacaq. Bu tufan qopanda isə hakimiyyəti də, xalqı da sürükləyib apara bilər və hamımızı qarşıda günlərlə, aylarla və illərlə çətin günlər gözləyə bilər. Məhz buna görə də 8 mart razılaşmasının yerinə yetirilməsi vacibdir. Ona görə vacibdir ki, heç olmasa minimal səviyyədə həm beynəlxalq tərəfdaşlar tərəfindən, həm də cəmiyyətimiz tərəfindən inam olsun. Hökumət verdiyi sözün qiymətini bilməlidir. Bu gün artıq onun sözünün qiyməti yoxdur, bu isə onların problemidir. Buna görə də 20 iyun bu yeni enerjinin, yenilənmənin və köhnə problemlərin unudulmaması günü olacaq”, – deyə Uqulava bildirib. Uqulavanın bildirdiyinə görə, aksiyanın təfərrüatları ilə bağlı birləşmiş müxalifət müxtəlif ictimai təşkilatlarla məsləhətləşmələr aparacaq.

20 iyunla bağlı Qiqa Bokeria da şərh verib. O, bildirib ki, bu tarixin qeyd olunması mütləq baş tutacaqdır, amma dəqiq hansı formada olacağı bu mərhələdə məlum deyil. İrakli Okruaşvilinin sözlərinə görə isə, birləşmiş müxalifətin nümayəndələri bu gün keçirilən görüşdə “20 iyunda keçirilə biləcək aksiya” haqqında danışıblar.

“20 iyun istənilən halda qeyd olunası tarixlərdəndir. Onun qeyd olunması ictimai maraqlara uyğun şəkildə həyata keçirilməlidir. İyunun 20-də gürcü ictimaiyyəti bizim əsas düşmənimizin – Putinin təcavüzünə və bizim hökumətin ən azı məsuliyyətsizliyinə cavab verdi və Gürcüstanın maraqlarını qorudu. Buna görə də bu tarix bu və ya digər formada mütləq qeyd olunmalıdır”, – deyə Bokeria bildirib.

Müxalifət partiyaların liderləri mayın 18-də Leyboristlər Partiyasının ofisinə toplaşaraq görüş keçiriblər. Görüşdə majoritar siyahılar, 20 iyunda keçirilə biləcək aksiya və Qiorqi Ruruanın azad edilməsi məsələləri müzakirə olunub. Müxalifət partiyalarının nümayəndələrinin sözlərinə görə, onlar razılıq əldə edə biliblər və birgə bəyanat yayımlayacaqlar.
Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google