Marneulinin "Geo Hospitals" klinikasından göndərilmiş testlərin cavabı məlumdur

Marneulinin "Geo Hospitals" klinikasından göndərilmiş testlərin cavabı mənfidir.


"Geo Hospitals"-ın kliniki direktoru Tata Şenqelaia "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, 7 iyun tarixində 2, 8 iyun tarixində isə 1 nəfərin koronavirusla bağlı analizinin cavabını alıblar.

"Cavabların hamısı mənfidir. Bizim bütün xəstələrimiz Marneulidəndir və heç birində koronavirus aşkarlanmayıb. Bu gün koronavirus əlamətləri ilə klinikaya heç bir xəstə gətirilməyib", – Tata Şenqelaia dedi.

"Geo Hospitals" klinikasında 35 gün ərzində yalnız 31 may tarixində bir yoluxma halı qeydə alınıb.

Həmin şəxs isə "Sadaxlı" sərhəd buraxılış məntəqəsindən gəlmiş yük maşını sürücüsü idi. Marneuli bələdiyyəsi 56 gün bağlı qaldıqdan sonra 18 may tarixində açılıb.


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər