Marneuli-Tbilisi marşrutlarının hərəkəti bərpa olunub
Gürcüstan miqyasında şəhərlərarası ictimai nəqliyyatın hərəkəti bu gün, 8 iyun tarixində bərpa olunub.
Marneuli-Tbilisi xəttində hərəkət edən marşrut taksilər də fəaliyyətə başlayıb. Marneuli-Tbilisi xəttində hərəkət edən marşrut sürücüləri "Marneuli" radiosuna müsahibə vermək istəmədi. Şəxsi söhbət zamanı isə deyirlər ki, şəhərlərarası nəqliyyatın hərəkəti üçün bəzi qaydalara riayət etməlidirlər.

İlk növbədə bütün sərnişinlər üçün maska taxmaq vacibdir. Eləcə də sərnişinlərin ayaq üstə durması qadağandır və nəqliyyat vasitələrinin pəncərələri daim açıq olmalıdır.

"Bu gün saat 08:00-dan işləməyə başladıq. Təxminən 20-30 adamı aptekə maska almağa göndərdim, maskasız buraxmadım", – sürücülərdən biri deyir.

Marneuli-Tbilisi marşrutları və taksilərdə gediş haqqı bahalanmayıb, yenə də 2,5 laridir. Marneuli-Tbilisi marşrutları hər gün saat 08:00-dan təxminən 19:00-a kimi hərəkət edəcəklər.




Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər