Gürcüstan Dəmir Yolu iyunun 15-dən sərnişin daşımalarını bərpa edəcək

Gürcüstan Dəmir Yolu iyunun 15-dən sərnişin daşımalarını bərpa edəcək.


Gürcüstan Dəmir Yolundan verilən məlumata görə, şirkət sərnişinlərin təhlükəsiz daşınmasına hazırdır və Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq fəaliyyətini davam etdirəcək.

Gürcüstan Dəmir Yollarının bildirdiyinə görə, bu gün qatar vaqonları Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən yoxlanılıb. Onlar bildiriblər ki, Gürcüstan Dəmir Yolu bütün qaydalara ciddi riayət edir və sərnişin daşınmasını bərpa etməyə hazırdır. Gürcüstan Dəmir Yollarından bildirdiblər ki, dəmir yolu nəqliyyatı üçün tövsiyələrin hazırlanması prosesində onlar özləri də iştirak edib.

Gürcüstan Dəmir Yolu Tibbi Xidmətinin rəhbəri Nika Kaçarava sərnişinlər üçün xüsusi təlimatların hazırlandığını söyləyir. Bütün sərnişinlər bu təlimatlara əsasən, vaqonun girişində termoskrininq ediləcək və qatara minən kimi dezobaryerdən keçməli və əllərini xüsusi məhlul ilə dezinfeksiya etməli olacaqlar.

Dəmir yolu nümayəndəsinin sözlərinə görə, bütün vaqonlarda əl dispenserləri quraşdırılıb. Bununla yanaşı qeyd olunur ki, sərnişinlərin qoruyucu maskasız qatara minməsinə icazə verilməyəcək:

"Karantin dövründə şirkət Covid-19 ilə bağlı bütün tövsiyələri nəzərə aldı və tam riayət etdi. İndi isə mövsümə hazırlaşırıq. Səhiyyə Nazirliyi ilə birlikdə səyahət üçün xüsusi təlimatlar hazırladıq. Daha dəqiq desək, vaqonların girişlərində sərnişinlər termoskrininqdən keçəcəklər və qatara minən kimi dezobaryerdən keçməli və əllərini xüsusi məhlul ilə dezinfeksiya etməli olacaqlar. Əl dispenserləri bütün vaqonlarda artıq quraşdırılıb.

Sərnişinlərin əvvəlcədən sosial məsafəyə riayət etməli olduqlarını və virus əlamətləri varsa, səyahət etmələrinin lazım olmadığını əvvəlcədən bilməsi vacibdir. Sərnişinlərin qoruyucu maska olmadan vaqonlara daxil olmasına və səyahət zamanı bu maskanı çıxarmasına icazə verilmir",
– deyə Gürcüstan Dəmir Yolu Tibbi Xidmətinin rəhbəri Nika Kaçarava bildirib.

Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər