Əl yelləməklə qovulan milçəklər və antisanitaria — çörək pulu qazanmaq üçün qanunsuz küçə ticarəti
Marneuli bazarı ərazisində küçə ticarəti yenə də problem olaraq qalır. Ətrafda kustar yolla düzəldilmiş çox sayda piştaxta görə bilərsiniz. Piştaxtalarda əsasən pendir, kəsmik, qatıq və yumurta satılır. Orada süd məhsullarını yalnız vizual olaraq yoxlayırlar. Ancaq təəccüblü olsa da, alıcılar çoxdur. Bu gün satıcılar İmereti pendirini 6-7 lariyə satırlar.



Piştaxtaların ətrafında antisanitariya hökm sürür. Süd məhsulları istidə, temperatur rejimi qorunmadan satılır. Məhsula çox sayda milçək qonur, ancaq satıcılar üçün bu problem deyil. Alıcı yaxınlaşan zaman həşəratları əlləri ilə qovurlar.



"Nə edim, buraya çıxmağa məcburam. Acından ölməliyəm? Polis gəlir, bizi buradan uzaqlaşdırır. Biz də qaçırıq, sonra yenə qayıdırıq. Uşaqlarımız acından ölür, ailəmizi necə dolandıraq. Artıq 15 ildir ki, sosial yardım alıram. Ancaq hökumətin birdəfəlik 300 larilik yardımını da ala bilmədim. Mən özünüməşğul adamam, rəsmi iş yerim yoxdur. Bir qayda olaraq yardım evsizlər, aztəminatlılar və tək yaşayanlar üçün olmalıdır. Amma bu qanun belələrinə aid deyil."

"Küçə ticarəti qadağan olunub. Ancaq buraya gizlin çıxmalı oluruq",
- küçə ticarətçiləri deyirlər.

Demək olar ki, özünüməşğullar vergiyə görə daxili bazara getmək istəmirlər.

üçə ticarətçilərinə nəzarət Milli Qida Agentliyinin səlahiyyətlərinə daxil deyil. Küçə ticarətçilərinə nəzarət meriyanın nəzarət xidmətinin öhdəliyindədir. Onlar hələ də bizim zənglərimizə cavab vermirlər. Biz mövzu üzərində işləməyə davam edirik və cavab alan kimi məlumatı yeniləyəcəyik.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər