Axalkalakidə “Gürcü Arzusu”nun deputatı Endzel Mkoyanın qohumu həbs olundu
Axalkalakidə “Gürcü Arzusu”nun deputatı Endzel Mkoyanın qohumu həbs olundu.

Artıq həbs qətimkan tədbiri seçilib. Həbs edilməsinin səbəbi, 8 mayda Mkoyan yanacaqdoldurma məntəqəsində baş verən qarşıdurmadır. Həmin vaxt Mkoyana yaxın bir adam və onun dostları ilə Xospio kəndində yaşayan gənclər arasında fiziki qarşıdurma meydana gəlmişdi.

Əldə olunan məlumata görə, qarşıdurmaya səbəb gənclərin Mkoyandan borc aldıqları pul olub. İki və ya daha çox insana qarşı qrup şəklində zorakılıq maddəsi ilə istintaq başladılıb, ancaq qarşıdurmada iştirak edən başqa şəxslər saxlanılmayıb.

“Saxlanılan şəxslə yanaşı mübahisədə bir neçə nəfər də iştirak edirdi və polis bir nəfəri həbs edirsə və məhkəmə yalnız bir nəfəri ittiham edirsə, bu istintaq qurumu üçün ayıbdır. Həm tutulan, həm də mübahisənin başlanmasına səbəb olan şəxslər Endzel Mkoyanın yaxınlarıdır. Axalkalakidə kim kimin himayəsi altındadır hamıya məlumdur”,
– deyə “Milli Hərəkatın” Axalkalaki təşkilatının üzvü Melik Raisyan bildirib.

Mənbə: mtavari.tv
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər