Tədris ili qarışıq bir modellə başlaya bilər və onlayn təlim də qüvvədə qala bilər
“Bir qədər onlayn tədrisi və müəyyən dərəcədə sinifdə öyrənməyi nəzərdə tutan qarışıq bir model düşünürük. Bu iki metodu balanslı bir şəkildə istifadə edərək, məktəbə etibarlı şəkildə başlamaq və tədris prosesini davam etdirmək mümkün olacaq”, – deyə Səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, epidemioloji vəziyyət tamamilə nəzarətdədir.

“Virus hallarının əksəriyyəti xaricdən gələnlərdir. İstisna olaraq tək-tək hallar var və mənbənin açıq şəkildə bilinmədiyi yerlərdə araşdırmaların nəticələrini gözləyirik.

Mövcud epidemioloji vəziyyəti nəzərə alaraq məktəblərdə yeni tədris ilinin başlanmasına hazırlığa gəldikdə, məktəbə başlamağın gözlənilən riskləri barədə düşünməyə əsas yoxdur. Bununla birlikdə, məktəb mühitini epidemioloji cəhətdən təhlükəsiz etmək üçün hazırlıqlar davam etdirilir",
– deyə Qabunia bildirib.

Onun sözlərinə görə, məktəblərlə bağlı tövsiyələr bu günlərdə tamamlanacaq və icimaiyyətə çatdırılacaq.

"Düşündüyümüz və dünya miqyasında tanıdığımız ən vacib modellərdən biri də müəyyən qədər onlayn, müəyyən qədər isə sinif tədrisni təmin edən qarışıq modeldir. Bu iki metodu balanslı bir şəkildə istifadə edərək, məktəbə etibarlı şəkildə başlamaq və davam etdirmək mümkün olacaqdır. Bu modelin təfərrüatları üçün Təhsil Nazirliyi ilə əlaqə qursanız daha yaxşı olar, lakin əsas prinsip, onlayn dərslərdən mümkün qədər istifadə etməkdir. Onlayn təlim yolu ilə inkişaf etdirilə bilməyən müəyyən bacarıqlar var. Bunun üçün birbaşa sinif və ya praktik məşğələlərə ehtiyac duyulur, lakin mümkün olduğu yerlərdə onlayn mexanizmlərdən istifadə edilməlidir", – deyə Tamar Qabunia bildirib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər