Gürcüstanın Təhsil Nazirliyi, 2020-2021 tədris ilinin başlanğıcı
üçün Səhiyyə Nazirliyinin tənzimləmələrinə müvafiq olaraq məktəblər
üçün tövsiyələr hazırlayıb.
Mövcud tövsiyələrə əsasən, yeni dərs ili 15 sentyabrda 2084 ictimai
məktəbdə sinif otaqlarında yenilənəcək.
Nazirlikdən verilən məlumata görə, I-IV sinif şagirdləri üçün
dərslərin məktəb məkanında keçirilməsi məcburi olacaq.
"Lazım gələrsə, məktəb rəhbərliyi tərəfindən qarışıq
bir modelin tətbiqi ilə V-VI siniflərdə distant təhsil həftədə
maksimum 1 gün, VII - XI siniflərdə maksimum 2 gün, XII sinifdə isə
maksimum 3 gün olacaq. Qarışıq təlim modeli Gürcüstanın Təhsil,
Elm, Mədəniyyət və İdman Nazirliyi və Təhsil Resurs Mərkəzi ilə
razılaşdırılmalıdır", - bu haqda məlumat Təhsil
Nazirliyinin yaydığı press-relizdə yayılıb.